Xocalıda avtomobil aşdı: sürücü ölüb

Hadisə

18.08.2022 - 13:39

Hadisə Çanaqçı kəndi ərazisində baş verib

Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, avqustun 17-də saat 8 radələrində baş verən qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş