Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edilib

Xəbərlər

20.02.2026 - 13:12

Şəhidin qalıqları Xocalı Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Zibeydə Əhmədovanın nəşinin qalıqları bu gün ailəsinə təhvil vertilib.

AYNA.AZ APA-ya istinadən bildirir ki, şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xocalı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon sakinləri, rəsmi şəxslər və şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımında itkin düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş