Yeni yaradılmış içməli su təchizatı infrastrukturu şəbəkəyə qoşulacaq
Yanvarın 24-ü gün ərzzində Xırdalan şəhərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə AYNA-ya “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, bu, yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulması ilə əlaqədardır. “Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.