Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb
Xırdalan şəhəri ərazisində yolu keçən əvvəllər məhkum olunmuş Asəf Rüstəmov şəhər sakini A.Hüseynovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisə nəticəsində A.Rüstəmov xəsarətlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.