Azərbaycan XİN-in sosial şəbəkə hesabınmda mina partlayışı barədə paylaşım edilib
"Ermənistanın ayrıseçkilik etmədən yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd edilib ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb: “Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın”.