Sabiq nazirin anası 90 yaşında vəfat edib
Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib. AYNA xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yer alıb.
“Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun anası, İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı XİN rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı bildiririk. Allah rəhmət eləsin!” - deyə qeyd olunub.
Xatırladaq ki, bu gün keçmiş nazirin anası İzida İbrahimbəyova 90 yaşında dünyasını dəyişib. Mərhum Bakıda dəfn ediləcək.