XİN başçısı: “İran ABŞ ilə ədalətli razılaşmaya hazırdır”

Dünya

06.05.2026 - 15:09

"Biz yalnız ədalətli və hərtərəfli bir razılaşmanı qəbul edəcəyik"

“İran münaqişənin həlli ilə bağlı ABŞ ilə ədalətli razılaşma imzalamağa hazırdır”. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı deyib.

Nazir ABŞ-ın başlatdığı müharibənin beynəlxalq hüququn pozulması hesab edildiyini qeyd edib: "Biz yalnız ədalətli və hərtərəfli bir razılaşmanı qəbul edəcəyik".

Əraqçi qeyd edib ki, İran Amerika tərəfi ilə danışıqlarda öz hüquq və maraqlarını qorumaq üçün bütün səylərini göstərəcək.

Vanq Yi öz növbəsində Yaxın Şərqdə tam atəşkəsin zəruriliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş