Xəzərdə suyun səviyyəsi azalıb

Cəmiyyət

09.02.2021 - 20:52

Həkimlər Klinikalar SEO Xidməti

ETSN: Xəzərin səviyyəsinin azalması kritik həddə deyil

 

“Son dövrlər Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir”.

 

AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

 

O qeyd edib ki, bu proses mütəmadi olaraq baş verir: “Bu, bir neçə yüz illər əvvəl də müşahidə olunurdu, indi də müşahidə olunur. Həmçinin Azərbaycan çaylarının suyunda azalma müşahidə olunur. Azərbaycan  çaylarında yaxın 20 ildə sululuq 10-15 faiz azalıb. Həmçinin Volqa və Ural çaylarında da azalma müşahidə olunur. Bütün bunlar Xəzər dənizinin suyunun azalmasına gətirib çıxarıb”.

 

Nazirlik rəsmisi əlavə edib ki, bu proses müəyyən dövrdən sonra stabilləşəcək: “Bu, kritik vəziyyətə gətirib çıxarmayıb. Hesab edirik ki, müəyyən dövrdən sonra proses stabilləşəcək. Bununla bağlı narahatedici amil yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş