Xəzərdə batan futbolçunun meyiti tapılıb

Xəbərlər

18.07.2025 - 10:43

Meyit dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

"Zirə" Futbol Klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, dənizdə boğulan Fərid Şahverdiyev klubun U16 komandasının üzvü olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş