Xəzərdə 1 nəfər batıb: axtarış aparılır

Xəbərlər

14.04.2026 - 19:27

Bir nəfər balıqçı dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş