Yeraltı təkanlar yerli vaxtla saat 16:57-də qeydə alınıb
Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 16:57-də qeydə alınıb.
Zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.