Xəzər dənizi vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb

Xəbərlər

03.02.2023 - 13:18

Lövbərə bağlanmış 2 ədəd kisədə 12 kiloqramdan çox marixuana aşkarlanıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, fevralın 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilib.

Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəzər dənizi vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb
Müəllif: Ayna.az