Hadisə yerlərinə xilasetmə qüvvələri cəlb olunub
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.