Xersonu tərk edən Rusiya ordusu telemərkəzi və enerji obyeklərini partladıb

Dünya

11.11.2022 - 01:32

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda rabitə ilə bağlı problemlər davam edir

Rusiya Ordusu Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.

AYNA UNİAN-a istinadən xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya mərkəzini, qazanxanaları və enerji obyeklərini partladıblar.

 

Məlumata görə, hazırda rabitə ilə bağlı problemlər davam edir.

Yerli sakinlər bildirir ki, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər.

Binada 13 minə yaxın çox qiymətli əsər olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş