Xaricdəki azərbaycanlılar aprelin 20-dən sonra vətənə gələ biləcəklər

Xəbərlər

15.04.2020 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Bu səbəbdən aprelin 17-dən “evəgedirəm” adlı portal istifadəyə veriləcək

 

“Xaricdə yaşayan azərbaycanlılar çox narahatdır. Onların ölkəyə, Vətənə qayıtması təbii haqlarıdır. Amma vəziyyət belə gətirdi ki, ölkədən uzaqdakı vətəndaşlar gözləməli oldular. Ancaq aprelin 20-dən, yəni ilk karantin müddəti başa çatdıqdan sonra təyyarə reysləri qismən bərpa oluncaq. Hələlik hansı istiqamətlərdən xaricdən azərbaycanlıların gəlməsi dəqiq deyil”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bugünki brifinqində deyib.

 

İ.Məmmədov qeyd edib ki, hər gün Operativ Qərargah bu baradə düşünür: “Karantin müddətində təyyarə reysləri ona görə ləğv edildi ki, xaricdən gələn və karantində olanlar arasında sıxlıq yaranmışdı. Artıq karantin obyektləri qismən boşalıb. Xaricdən gələnlər də bilməlidir ki, onlar tibbi müayinədən keçdikdən sonra 14-21 gün ərzində karantin rejimində qalacaqlar”.

 

“Aprelin 20-dən sonra həftədə xaricdən gələn 300-400 nəfər qəbul etmək imkanımız olacaq. Ən çox Rusiyadan gələnlər gözlənilir, bu səbəbdən aprelin 17-dən “evəgedirəm” adlı portal istifadəyə veriləcək, internet səhifədə Bakıya gələcək olanlar qeydiyyatdan keçə bilərlər”, - deyə İ. Məmmədov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş