Xanlar Vəliyev "Tərtər işi"ndən danışdı

Xəbərlər

12.12.2023 - 12:55

Hərbi prokuror: “Vaxtında istintaq aparmışıq”

Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev “Tərtər işi” barədə açıqlama verib. AYNA-nın məlumatına görə, X.Vəliyev jurnalistlərə bildirib ki, “Tərtər işi” ilə bağlı vaxtında istintaq aparılıb.

“İstintaqla bağlı müəyyən işlər görülüb. Sonra bu iş üzrə istintaq dayandırıldı. Hazırda Baş Prokurorluq tərəfindən istintaq təzələnib və onlar bu cinayət işi ilə məşğuldur”, - deyə hərbi prokuror qeyd edib.

X.Vəliyev deyib ki, hər il 98, 99 faiz hərbi cinayətin üstü açılır: “Ölüm hadisələri ilə bağlı baş verən cinayətlərin açılma faizi 100-dür. Tapşırıq vermişəm ki, hər bir ölüm halı ilə bağlı dərhal cinayət işi başlanılmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş