Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyunu keçirilir
Bu gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.
AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.
Qeyd edək ki, oyun saat 14:00-da başlayacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçının start fiti səslənəcək.