Xankəndidə silah-sursat aşkarlanıb

Xəbərlər

02.02.2024 - 12:09

Polis 4 avtomat, 3 tapança və 3 qumbara aşkarlayıb

Polis əməkdaşları ötən gün Xankəndidə 4 avtomat, 3 tapança və 3 qumbara aşkarlayıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bundan başqa, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş