Xankəndidə məktəb və kollecin zirzəmilərindən silah-sursat aşkarlanıb

Xəbərlər

24.03.2024 - 11:45

cedabet dərman SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, dörd pulemyot, yeddi qumbara, altı tüfəng, 52 patron darağı, beş alışdırıcı, 5 014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş