Məzahir Pənahov: “Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq”
Azad edilmiş ərazilərdə də 26 seçki məntəqəsi yaratmışıq. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb.
“Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Xankəndi başda olmaqla, azad edilmiş ərazilərdə qurulmuş digər məntəqələrdən çəkilişlər aparılmalıdır”, - deyə Pənahov vurğulayıb.