“Onlar davranışlarını dəyişsələr, ölkə diplomatik prioritetlərinə yenidən baxa bilər”
“İran Qərblə diplomatik münasibətləri yumşaltmağa açıqdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei deyib.
“Qərb dövlətləri son illərdə Tehranla pis rəftar ediblər. Lakin onlar davranışlarını dəyişsələr, ölkə diplomatik prioritetlərinə yenidən baxa bilər”, - deyə o bildirib.