Xalq şairinin poeziya gecəsi keçiriləcək

Mədəniyyət

15.07.2019 - 12:06

Poeziya gecəsi 26-27 iyul tarixlərində Səməd Vurğunun ev muzeyində baş tutacaq

 

Xalq şairi Musa Yaqubun yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçiriləcək.

 

Bu barədə AYNA-ya aktyor Kamran Yunis məlumat verib. O bildirib ki, poeziya gecəsi “Qrammofon” ədəbi layihə çərçivəsində keçiriləcək.

 

Xalq şairinin şeirlərini aktyor Kamran Yunis və qiraətçi Xəzər Süleymanlı ifa edəcəklər.

Kamran M. Yunis adlı şəxsin şəkli.

 

Poeziya gecəsi 26-27 iyul tarixlərində Səməd Vurğunun ev muzeyində baş tutacaq. Giriş biletlədir, biletləri əldə etmək üçün (012) 493-56-52 nömrəsi ilə əlaqə saxlayın.

Müəllif: Ayna.az