Finlandiyalı qonaqlar Milli Kitabxanada olublar

Mədəniyyət

05.09.2025 - 18:07

Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru, tədqiqatçısı Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Kitabxanadan bildirilib.

Qeyd olunub ki, görüş zamanı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqlara kitabxananın elmi və mədəni fəaliyyəti, onun tarixi, zəngin fondu və kolleksiyalar barədə geniş məlumat verib.

Qonaqlar Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələr barədə danışıb, institutun sosial və humanitar elmlər sahəsində aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata keçirdiyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini qeyd ediblər.

Söhbət zamanı Azərbaycan ilə Finlandiya arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.

Sonda direktor müavini Ədibə İsmayılova qonaqlara Milli Kitabxananın nəşrlərini hədiyyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş