Xalq artisti koronavirusa yoluxub

Mədəniyyət

26.04.2021 - 10:36

Arif Quliyevin vəziyyəti ağırdır

 

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub. AYNA xəbər verir ki, bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.

 

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib: “Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.

 

 

Müəllif: Ayna.az