Dünya nərdivandır

Mədəniyyət

07.05.2024 - 10:36

(dünyasını dəyişmiş analara ithafən)

Nəriman Həsənzadənin duyğu dünyasının incilərindən olan bir misra bütün həyatımızı təsvir edir, bəlkə də: "Dünya nərdivandır". Həyat adlı bir səhnədə hər birimiz pillə addımlayırıq.

Nərdivanın ilk pilləsinə addım atarkən pillədən boşluğa düşməyək deyə, mehriban bir varlıqdan yardım alırıq. Növbəti pillələri artıq özümüz qalxsaq belə, bizi arzularımıza qaldıran o mehriban varlığın verdiyi güc olur.

Ancaq bir gün həmin nərdivanda büdrəyərək boşluğa düşürük. Bizə daim olan o gücü itiririk. Qalxanda mehriban olan nərdivanın "enəndə nə yamandır" ağrısı bütün ruhumuza hopur.

Və bu, təkcə dünyanın "məcaz" olaraq ifadə edilən nərdivanında deyil, toxuna və görə bildiyimiz nərdivanlarda da yaşanır. Bu hadisələrə ən çox şahidlik edən nərdivanların ünvanı xəstəxanalar olur.

Nərdivanda ilk addımı atmağa çalışanda yardım edəcəklərinə qovuşmaq üçün pillələri böyük arzularla qalxanlar, arzularını onla bağladığı, ya da ona arzularını yaşaması üçün dəstək olanın artıq xatirələrinə enənənlər.  

Ancaq xatirələrə enənənlər də təbiətin hökmü ilə barışmağa məhkum olur. Nərdivanda durmur. Onu bir zamanlar arzularına qaldıran o mehriban varlığa verdiyi sözləri tutmaq istəyi və başqa bir nərdivan da onu da eyni arzulara qaldırar ümidi ilə ...

Günel Natiqqızı,

AYNA üçün

Müəllif: Ayna.az