Xalq 20 Yanvar şəhidlərinin xatirəsini anır - FOTOLAR

Xəbərlər

20.01.2023 - 11:44

Səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanında böyük izdiham yaşanır

Bu gün 20 Yanvar faciəsindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalq 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

AYNA xəbər verir ki, səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanında böyük izdiham yaşanır. Bu müqəddəs məkana gələn insanların simasında kədərlə yanaşı, qürur hissləri görünür. Çünki 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb.

Şəhidlər Xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.

Şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın bölgələrində və xarici ölkələrdə yaşayan həmvətənlərimiz tərəfindən də ehtiramla anılır.

Xalq 20 Yanvar şəhidlərinin xatirəsini anır - Xalq 20 Yanvar şəhidlərinin xatirəsini anır - Xalq 20 Yanvar şəhidlərinin xatirəsini anır - Xalq 20 Yanvar şəhidlərinin xatirəsini anır -
Müəllif: Ayna.az