Qəza nəticəsində xəsarət alan olmayıb
Xaçmaz rayonunda minik avtomobili suvarma kanalına düşüb.
AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, "Hyundai" markalı nəqliyyat vasitəsi kanalın kənarı ilə hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil suya düşüb.
Nəqliyyat vasitəsindəki şəxsləri xilas etmək mümkün olub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hazırda fakt araşdırılır.