Tarixi abidəylə yanaşı, gölün də hasarlanması təsərrüfat suyu ilə bağlı çətinliklər yaradır
Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən Sərkərtəpə abidəsi sahibkar tərəfindən hasara alınıb. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, tarixi abidəylə yanaşı, süni gölün də hasarlanması kənd sakinlərinə təsərrüfat suyu ilə bağlı çətinliklər yaradır. Sakinlər bildirir ki, onlar ərazidən və göldən istifadə etmək istəsələr mütləq icazə almalıdırlar.
Sahibkarın nümayəndəsi Rauf Qasımzadə bildirib ki, onlar ərazini zəbt etməyiblər. Qanuna uyğun şəkildə uzunmüddətli icarəyə götürüblər.
Qeyd edək ki, Sərkərtəpə abidəsi Tunc dövrünə aiddir. Abidə qorunmadığından aşınaraq baxımsız vəziyyətə düşüb.