Gəncin dəm qazından öldüyü ehtimal edilir
Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb. AYNA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sara Xatun küçəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ayxan Rəşid oğlun Rəhmanovun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.
İlkin ehtimala görə, o dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.