Xaçmazda avtomobil ağaca çırpılıb

Xəbərlər

19.08.2025 - 12:25

Hadisə rayonun Yergüc kəndində baş verib

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yergüc kəndində baş verib.

Belə ki, Elvin Əlimərdanov idarə etdiyi “KİA RİO” markalı avtomobillə hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirərək ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş