Xaçmazda 82 yaşlı qadının meyiti tapılıb

Xəbərlər

31.12.2023 - 08:29

Qadının dəm qazından öldüyü ehtimal edilir

Xaçmaz şəhərində 82 yaşlı qadının hamam otağında meyiti tapılıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Qaqarin küçəsində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Şərifova Məleykə Arzuman qızının meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.

Onun dəm qazından öldüyü ehtimal edilir.

M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş