Xaçmazda 53 yaşlı qadının meyiti tapılıb

Hadisə

22.12.2024 - 22:41

Həkimlər Klinikalar SEO Xidməti

Qadının meyiti ekspertizaya göndərilib

Xaçmaz rayonunda qadın meyiti tapılıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.

Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş