Murad Ziyayev ötən ilin noyabr ayından yoxa çıxıb
Xaçmazda itkin düşən 46 yaşlı şəxs axtarılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yaşayan 46 yaşlı Murad Ziyayev 2023-cü il noyabr ayında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Qeyd edək ki, M.Ziyayev ruhi xəstədir.
“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi"nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə məlumatda vurğulanıb.