Əsədullayev Məhəmməd iyulun 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb
Xaçmazda 45 yaşlı kişi itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya bildirilib ki, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
M.Əsədullayevin əlamətləri belədir: boyu 168 sm-dir, gözlərinin rəngi şabalıdıdır, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.