Hücum hədəfləri ilə bağlı hələlik qəti qərar verilməyib
İsrail yaxın günlərdə İrana qarşı cavab zərbəsi endirəcəl. Lakin hücum hədəfləri ilə bağlı hələlik qəti qərar verilməyib. AYNA xəbər verir ki, bu barədə “Washington Post” (WP) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşr İsrail rəsmilərinin sözlərinə istinadən yazır: "Hazırda İrana hücumların hədəfləri ilə bağlı yekun qərar hələ verilməyib, lakin yaxın günlərdə hücum gözlənilir".
Qeyd edək ki, oktyabrın 1-də İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüzlərlə ballistik raketlə İsrailə hücum edib.
Daha sonra məlum olub ki, İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant İrana “hücum metodu və vaxtı” barədə razılığa gəliblər. Aydınlaşdırılıb ki, əməliyyat üçün İsrail Nazirlər Kabinetinin yekun razılığı lazımdır.