Park “Disney” mühəndisləri tərəfindən Əbu-Dabidəki Yas süni adasında tikiləcək
“Walt Disney” şirkəti Əbu-Dabidə əyləncə parkı tikəcək və bu, dünyada yeddinci belə park olacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin cari maliyyə ilinin ikinci rübünün nəticələrinin təqdimatı zamanı bildirilib.
Park “Disney” mühəndisləri tərəfindən Əbu-Dabidəki Yas süni adasında tikiləcək və tikinti işləri “Miral” tərəfindən aparılacaq.
Növbəti park üçün yer seçimi yerin rahatlığına əsasən müəyyən edilib.
“Dünya əhalisinin təxminən üçdə biri Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) dörd saatlıq uçuş məsafəsində yaşayır və regionun turizm bazarı 500 milyon ziyarətçi cəlb etmək potensialına malikdir”, - deyə qeyd olunub.
Sözügedən adada artıq “Warner Bros” əyləncə parkı, “Ferrari World” əyləncə parkı, su parkları və digər əyləncə məkanları, həmçinin qolf meydançaları və onlarla otel var.