“Yagi” ölkənin şimalında güclü daşqın və sürüşmələrə səbəb olub
Vyetnamın şimalında "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb. Bu barədə AYNA “Associated Press”ə istinadən bildirir.
Bir gün əvvəl 87 ölüm xəbəri yayılmışdı. Daha yüzlərlə insan yaralanıb.
“Yagi” ölkənin şimalında güclü daşqın və sürüşmələrə səbəb olub. Meteoroloqların məlumatına görə, təbii fəlakətin yaratdığı leysan cümə axşamına qədər davam edəcək.