Avstriyalılar Azadlıq Partiyasının qalibiyyətinə etiraz edirlər
Avstriyada keçirilən parlament seçkilərində Avstriyanın Azadlıq Partiyasının qalib gəlməsindən bir neçə saat sonra Vyanada kütləvi etirazlar başlayıb. AYNA xəbər verir ki, bu barədə ORF telekanalı məlumat yayıb.
Bildirilir ki, Avstriya paytaxtının sakinləri aksiyalarda müxtəlif şüarlar səsləndiriblər, vyanalıların Azadlıq Partiyasına nifrət etdiyini bildiriblər.
Etirazçılar təsadüfən yoldan keçənlərdən aksiyalara qoşulmağı xahiş ediblər.
Qeyd edək ki, sentyabrın 29-da keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Avstriya Azadlıq Partiyası 28,8 faiz səs toplayıb. Bu partiya anti-Rusiya sanksiyalarına qarşıdır.
Seçkilərdə ikinci yeri 26,3 faizlə Avstriya Xalq Partiyası, üçüncü yeri 21,1 faizlə Avstriya Sosial Demokrat Partiyası tutub.
Avstriya Prezidenti Aleksandr Van der Bellen bildirib ki, ölkənin hazırkı hökuməti gələn həftə istefaya göndəriləcək. Parlamentarilər yeni hökumət qurulana qədər fəaliyyətini davam etdirəcəklər. Daha sonra der Bellen parlamentin aşağı palatasında təmsil olunan bütün partiyalarla danışıqlar aparacaq.