Von der Leyen Trampın andiçmə mərasimində iştirak etməyəcək

Dünya

11.01.2025 - 09:07

Həkimlər Klinikalar SEO Xidməti

Lakin AK rəhbəri ən qısa zamanda yeni administrasiya ilə əlaqə qurmaq niyyətindədir

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ABŞ-ın yeni Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırmır. Lakin ən qısa zamanda yeni administrasiya ilə əlaqə qurmaq niyyətindədir.

AYNA “Eurointegration.com.ua”ya istinadən xəbər verir ki, bu barədə yanvarın 10-da Brüsseldə brifinq zamanı Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo bildirib.

"Ursula von der Leyen inauqurasiyada iştirak etmək niyyətində deyil. Amma biz əlbəttə ki, yeni administrasiya ilə ilkin təmaslar qurmağa çalışacağıq", - AK sözçüsü vurğulayıb.

Pinyo xatırladıb ki, ABŞ-da prezident seçkilərindən az sonra Ursula fon der Leyenin yeni seçilmiş Prezident Donald Trampla telefon söhbəti olub.

AK-nın mətbuat katibinin sözlərinə görə, bundan sonra Von der Leyenlə Tramp arasında heç bir əlaqə olmayıb.

Müəllif: Ayna.az