Qədim rus musiqi aləti balalaykanın fonunda rəqs edən Putin və Buş bir-birlərini təbrik edərək masalarına geri dönürlər
Kremlin Mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Corc Buşun 2008-ci ildə birlikdə rəqs etdikləri görüntüləri yayımlayıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, 1999-2000-ci illərdə Rusiyanın baş naziri, 2000-ci ildə isə Yeltsindən prezidentlik postunu əldə edən Vladimir Putinin vəzifəyə gəlməsinin 20 illiyi ilə bağlı bu günə qədər gizli qalmış bir çox görüntülər yayımlanıb.
Kremlin yayımladığı görüntülərdə Putinin işlədiyi dövrdəki görüşləri, tətillərindən foto və görüntülər, şəxsi həyatı ilə bağlı bir çox sayda foto və video paylaşılıb.
Xronoloji qaydada hazırlanan albomda ən diqqət çəkən görüntü isə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Corc Buşun rəqs etdiyi görüntülər olub.
Paylaşımda, 6 aprel 2008-ci ildə Soçidə Putinlə görüşən Buşun şərəfinə şam yeməyi verildiyi zaman səhnəyə rus rəqqasələri çıxır və qadınların müşayiəti ilə Rusiyanın ən qədim etnik mahnılarından olan “Madam Madam” mahnısına rəqs edən qadınlara Putin və Buşun dəstək verdiyi görüntülənir.
Qədim rus musiqi aləti balalaykanın fonunda rəqs edən Putin və Buş bir-birlərini təbrik edərək masalarına geri dönürlər.