Vitkoff: “Putin-Zelenski görüşü baş tuta bilər”

Dünya

27.08.2025 - 10:16

“Tramp sövdələşməni başa çatdırmaq üçün danışıqlar masası arxasında lazım ola bilər”

“Vaşinqton hesab edir ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında ikitərəfli görüş baş tuta bilər”. AYNA.AZ verir ki, bu sözləri “Fox News”a müsahibəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.

 “Hesab edirəm ki, ikitərəfli görüş nəhayət baş tuta bilər”, - bildirib.

Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp “sövdələşməni başa çatdırmaq” üçün danışıqlar masası arxasında lazım ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş