“Virusa yoluxma faktının 20%-ni Rusiyadan gələnlər təşkil edir”

Xəbərlər

16.04.2020 - 17:21

"Tövsiyələrə görə də karantini tələsik götürmək olmaz"

 

“Ölkədəki vəziyyətin son dinamikası ürəkaçan ola bilər, anacaq hələ də krantin rejiminin uzadılması məsələsinə baxılır. Ən çox müzakirə olunan məsələ də budur. Hazırda epidemioloji vəziyyət araşdırılır, TƏBİB ilə Operativ Qərargahın təklifləri hazırlanır. Beynəlxalq təcrübəyə nəzərən qərarlar vermək istəyirik”.

 

AYNA xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi bugünki mətbuat konfransında deyib.

 

H.Hacıyev bildirib ki, ÜST-lə əməkdaşlıq davam edir, tövsiyələrə görə də karantini tələsik götürmək olmaz: “Virusun yoluxması 3 formadadır: xaricdən idxal, icma halında yayılma, daxili yayılma. Bizdə vəziyyət xaricdən idxal yoluxma ilə başlandı, ardınca icma və daxili yoluxmanın arealı genişlənib. Son günlər ərzində aparılan test nəticəsində pozitiv cavab alanların 20%-i məhz Rusiyadan gələnlər arasında olub”.

 

“Bir müddətdir, xaricdən idxalı demək olar ki, 0-a endirmişik. Xaricdən gələn vətəndaşların 14-21 və ya 14-28 günlük karantin saxlanılması qüvvədədir. Aprelin 20-dən sonra xarici ölkələrdən gəlişə izn verilsə də, bu məqam ciddi nəzarətdədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı