“Koronavirusdan qorunmaq üçün sosial məsafə dörd metr olmalıdır”
Koronavirusun ayaqqabıların altında yaşaya biləcəyini bildirən çinli alimlər, bununla səhiyyə işçilərinin virusu yayacaqlarına dair xəbərdarlıq etmişdilər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu yöndə qənaətlər möhkəmlənir.
Mütəxəssislər buna görə insanlar arasındakı məsafənin ən azı dörd metr olmasını tövsiyə edirlər. Məsləhət görülür ki, Covid-19 xəstəsi olanların palatalarından çıxmamışdan əvvəl ayaqqabılarının altlıqları dezinfeksiya edilsin.
Qeyd edək ki, keçən ay “New England Medicine” jurnalında nəşr olunan araşdırmaya görə, yeni növ koronavirusun plastik və polad kimi müəyyən səthlərdə üç günə qədər yaşaya biləcəyi iddia olunmuşdu.