Vətəndaşlardan 30-dan çox silah götürülüb

Xəbərlər

26.01.2024 - 11:18

DİN qanunsuz silah saxlanılması barədə məlumat yayıb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 30-dan çox silah götürüblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 8 qumbara, 7 alışdırıcı, 36 müxtəlif markalı tüfəng, 1 patron darağı və 101 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 avtomat silahı, 4 tapança, 3 qumbara, 15 müxtəlif markalı tüfəng, 12 patron darağı və 72 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş