Vətən Müharibəsinin hərbi həkimi vəfat edib

Xəbərlər

24.11.2021 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

42 yaşlı Azər Əkbərov  onkoloji xəstəlikdən əziyyət çəkirmiş

Tanınmış həkim, uzman neyrocərrah Azər Əkbərov vəfat edib. AYNA xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə paylaşım edib.

42 yaşlı Azər Əkbərov  onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

44 günlük Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərən Azər Əkbərov Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.

Azər Əkbərov Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O həmin akademiyanı birinciliklə bitirib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş