Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların <font color=red> YENİ SİYAHISI</font>

Siyasət

21.12.2020 - 17:37

İtkin düşmüş hərbi qulluqçuların tapılması istiqamətində işlər davam etdirilir

 

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2 802 nəfərin fotoları, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

 

Bu barədə AYNA-ya Nazirlikdən məlumat verilib.

 

"Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

 

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

 

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.

Müəllif: Ayna.az