Niyamin Niftəlizadə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub
Vətən müharibəsinin şəhidi Niyamin Niftəlizadənin Bakı şəhəri Xətai rayonunda abidəsi ucaldılıb. AYNA AzTV-ə istinadən bildirir ki, atası Xaliq Məhərrəmovun sözlərinə görə, 23 yaşlı şəhid ailəsi ilə son dəfə oktyabrın 4-də danışıb.
N.Niftəlizadə oktyabrın 7-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra o, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.