Vens: “İran nüvə silahına sahib ola bilməz”

Dünya

26.02.2026 - 09:11

“ABŞ Tehranla nüvə məsələsinin sülh yolu ilə həllinə çalışır”

“ABŞ Tehranla nüvə məsələsinin sülh yolu ilə həllinə çalışır. Lakin diplomatik səylər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi əsas məqsədə çatmaqda uğursuz olarsa, hərbi güc tətbiq etməyə hazırıq”. AYNA.AZ bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens “Fox News”a verdiyi müsahibədə deyib.

"Nəticə etibarilə, Prezident Donald Tramp İranın nüvə silahına malik olmamasını necə təmin etmək barədə qərar verəcək. Amma hazırda iranlılarla diplomatik danışıqların növbəti mərhələsindəyik və ağlabatan bir razılaşma əldə etməyə çalışırıq. İran nüvə silahına sahib ola bilməz. Düşünürəm ki, İranın Ali Rəhbəri və onun sistemindəki hər kəs bunu başa düşməlidir. Biz çox aydın şəkildə bildirdik və ümid edirik ki, ordu olmadan da yaxşı bir həll yoluna çata bilərik. Lmma əgər ordudan istifadə etməli olsaq, Prezidentin mütləq bu səlahiyyəti var", - Vens vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş