Vens 2028-ci il prezident seçkilərində namizəd olacaq?

Dünya

14.11.2025 - 12:56

“Oturub bunu ABŞ Prezidenti ilə müzakirə edəcəyəm"

ABŞ-ın vitse-prezidenti J.D. Vens 2026-cı ilin noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra ABŞ Prezidenti Donald Trampla mümkün prezident seçkilərində iştirak etməyi müzakirə etməyə açıq olacağını bildirib.

AYNA.AZ xəbər verir ki, “Fox News”a verdiyi müsahibədə Vensdən 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək perspektivini nəzərdən keçirib-keçirmədiyi soruşulub.

Vens isə cavabında deyib: "Biz aralıq seçkilərdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bundan sonra mən oturub bunu ABŞ Prezidenti ilə müzakirə edəcəyəm. İndi isə mən hazırkı işimə diqqət yetirirəm. Əlbəttə ki, aralıq seçkilərdən sonra nə baş verəcəyi barədə düşünmüşəm. Amma bu fikirləri ağlımdan çıxarmağa və özümə xatırlatmağa çalışıram ki, Amerika xalqı məni hazırkı vəzifəmə seçib və mənim hazırda işim var. Əgər diqqətim yayınsa və növbəti işlərə yönəlsə, hazırkı işimdə daha pis nəticə göstərərəm".

ABŞ Konqresi üçün aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Seçkilərdə Senatın (Konqresin yuxarı palatası) 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) 435 üzvünün hamısını seçiləcək. Respublikaçılar hazırda Konqresin hər iki palatasına nəzarət edirlər.

ABŞ Prezidenti əvvəllər prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi düşünmədiyini bildirib və kimin potensial varisi olduğunu dəqiqləşdirməkdən imtina edib. Amerika lideri Respublikaçılar Partiyasında güclü namizədlərin olduğunu, o cümlədən Vens, ABŞ dövlət katibi Marko Rubio və bir çox başqalarının olduğunu söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş