“Onların hamısı bugünkü zorakılıqdan əziyyət çəkib və onlara tibbi yardım göstərilir”
Venesuelada prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı 20-dən çox hərbçi yaralanıb. AYNA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopez “X” sosial şəbəkəsində yazıb.
“23 əsgər yaralanıb, bəziləri güllə yarası alıb. Onların hamısı bugünkü zorakılıqdan əziyyət çəkib və onlara tibbi yardım göstərilir”, - deyə Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.
Lopez həmçinin venesuelalıları və ölkənin siyasi qüvvələrini sakit olmağa çağırıb. Nazir qeyd edib ki, Venesuela hakimiyyəti iğtişaşlar nəticəsində bir neçə nəfərin öldüyü 2014, 2017 və 2019-cu illərdə baş vermiş hadisələrin təkrarlanmasının qarşısını almağa çalışır.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Ölkə Prezidenti Nikolas Maduronun qərargahı onun qələbəsini elan edib.